idman

Millimizin baş məşqçisi istefa verdi

  • 06 Sep 2017
  • 250 baxış

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə istefa verib.

XalqTV.com-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mütəxəssisin müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib. 

Yığmamızın AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiya ilə oyunlarından sonra çalışdırıcı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hər iki qarşılaşmadakı məğlubiyyətin (1:3) hesabatı dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR