idman

Mourinyo xeyriyyəçilik edəcək

  • 07 Sep 2017
  • 237 baxış

İngiltərənin "Mançester Yunayted" futbol komandasının baş məşqçisi Joze Mourinyo əmək haqqının 1 faizini xeyriyyəçiliyə sərf edəcək.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun ispaniyalı futbolçusu Xuan Mata "The Telegraph"a bildirib.

Vəsait dünyada futbolun inkişafı üçün fəaliyyət göstərən "Common Goal" təşkilatına yönəldiləcək. J.Mourinyoya "Mançester Yunayted"in bəzi üzvlərinin də qoşulacağı gözlənilir.

Qeyd edək ki, ilk dəfə Xuan Mata əmək haqqından sözügdən təşkilata pul köçürəcəyini açıqlayıb. Daha sonra ona Almaniya "Bavariya"sının futbolçusu Mats Hümmels qoşulub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR