idman

Hakim səhv etdi, oyunun nəticəsi ləğv olundu

  • 07 Sep 2017
  • 288 baxış

DÇ-2018-in seçmə mərhələsinin Afrika zonasında keçirilən CAR - Seneqal matçının nəticəsi ləğv olunub.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, buna kobud hakim səhvi səbəb olub.

2016-cı il noyabrın 12-də keçirilən matçla bağlı araşdırmalar təxminən 10 ay sürüb və yalnız indi qərar verilib. Bu da CAR millisinin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın referisi Cozef Odartey Lemptinin təyin etdiyi penaltinin düzgün olmaması ilə bağlıdı.
 
Hakim bu penaltiyə görə Afrika Futbol Konfederasiyası tərəfindən ömürlük idarəçilikdən kənarlaşdırılıb. Məsələni araşdıran FİFA-nın İntizam Komitəsi isə "Oyunun nəticəsinə qanunsuz təsir etmək" kodeksinin pozulduğunu müəyyənləşdirib.
 
Məhz buna görə də CAR - Seneqal görüşünün nəticəsi ləğv olunub və komandalar yenidən üz-üzə gələcək. Oyunun noyabrda baş tutması nəzərdə tutulsa da, dəqiq tarix müəyyənləşməyib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-6949-hakim-sehv-etdi--oyunun-neticesi-legv-olundu..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11