idman

Ağır atletika yığmamız 1 illik diskvalifiksiya oluna bilər

  • 07 Sep 2017
  • 254 baxış

Azərbaycanın ağır atletika üzrə yığma komandası bir il müddətinə diskvalifiksiya olunacağı təqdirdə ABŞ-ın Anahaym şəhərində (Kaliforniya) keçiriləcək Dünya çempionatına buraxılmaya bilər.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "InsidetheGames" nəşri Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) xüsusi komissiyasının idmançılarının adı üç və daha çox hallarda dopinqdən istifadədə keçən 9 ölkəyə qarşı başladığı araşdırmalar sona yetmək üzrə olduğunu yazıb.

"Üç nəfərdən ibarət komissiya IWF İcraiyyə Şurasının 3-dən 10-a qədər atletinin Pekin-2008 və London-2012 olimpiya oyunları üzrə nümunələri yenidən attestasiya zamanı müsbət nəticə verən 9 ölkənin cəzalandırılmasına dair təkliflərinin araşdırılması üçün yaradılıb. Komissiya bu həftəsonu Budapeştdə işi yekunlaşdırmmaq üçün görüş keçirməlidir. Onun hesabatı IWF İcraiyyə Şurasının 30 sentyabr - 1 oktyabrda Buxarestdə keçiriləcək növbədənkənar iclasına daxil ediləcək... Çox güman ki, doqquz ölkənin hər birinin dünya çempionatında iştirakına qadağa qoyulacaq", - deyə nəşr yazır.

Qeyd olunur ki, burada söhbət Qazaxıstan və Rusiya (Hər yığmada 10 müsbət dopinq nümunəsi), Belarus (7 müsbət nümunə), Azərbaycan (5), Ermənistan (4), Türkiyə, Ukrayna, Çin və Moldovadan (hər biri 3) gedir. Bu ölkələr, həmçinin 1 il müddətinə IWF-nin təşkilatçılığı ilə keçirilən bütün yarışlardan kənarlaşdırılacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR