Dünya

İraqda İŞİD-ə qarşı YENİ ƏMƏLİYYAT başladı

  • 07 Sep 2017
  • 280 baxış

İraqın Baş naziri Heydər əl-Abadi Havicə və Ənbar şəhərlərinin İŞİD terror təşkilatından azad edilməsi üçün yeni hərbi əməliyyatın başladığını elan edib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, Baş nazir İraqın tamamilə İŞİD silahlılarından təmizlənməsinə qədər əməliyyatların davam edəcəyini deyib.

Bu şəhərlərin azad olunması üçün əməliyyatlar "Peşmərgə" qüvvələri ilə birgə aparılacaq.

Qeyd edək ki, ötən həftə H.əl-Əbadi Təl-Afar şəhərinin terrorçulardan azad olunduğunu bəyan etmişdi.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR