idman

"Qarabağ"ın rəqibinin Müller sevdası

  • 07 Sep 2017
  • 249 baxış

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, Premyer Liqa nəhəngləri ulduz futbolçunun transferində maraqlıdı.

Münhen klubunda baş məşqçi Karlo Ançelottinin güvənmədiyi oyunçular arasında göstərilən Mülleri "Mançester Yunayted" çoxdan "qaralayıb". Lakin indi "Liverpul", "Arsenal" və "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Çelsi" də "mankunianlar"la yarışa girişib.
 
Adıçəkilən klublar "Bavariya"da əsas heyətdəki yerini itirən 27 yaşlı hücumameyilli futbolçunu qış transfer dönəmində almaq üçün indidən danışıqlara başlayıblar. Bu məsələdə "Çelsi" və "Arsenal" daha şanslı hesab edilirlər. London klubları nəyin bahasına olursa-olsun, yanvara qədər onun və klubunun razılığını almağa çalışacaqlar.
 
Qeyd edək ki, Tomas Müller ötən mövsüm Karlo Ançelottinin rəhbərliyi altında cəmi 9 qola imza atıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR