idman
Millimiz səngər stendi üzrə qarışıq komanda yarışının finalına çıxdı
Azərbaycan yığması Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında səngər stendi üzrə qarışıq komanda yarışlarının finalına yüksəlib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, finalda komandamızın heyətində qızıl medal uğrunda Əli Hüseynli və Şəfəq Əmrahova yarışacaq.
Onların rəqibi türkiyəli Oğuzxan Tuzun və Nihan Gürer olacaq.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR








