SAĞLAMLIQ

Yaddaş zəifliyinin qarşısının alan hormon tapılıb

  • 08 Sep 2017
  • 325 baxış

Yaşla əlaqədar baş verən yaddaş zəifliyinin qarşısını sümüklərin böyüməsini təmin edən hormonla almaq olarmı? Kolumbiya Universiteti Tibb Mərkəzinin əməkdaşlarının apardığı tədqiqat həmin sualın cavabını tapmağa yönəlib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, mərkəzin eksperti Gerard Karsentin siçanlar üzərində aparılan təcrübələr barədə bunları söyləyib: "Bizim təcrübələr periferik hormonlarla davranışın tənzimlənməsində yeni bir tədqiqat üsulunun tapıldığını göstərir. İnsanlarda olduğu kimi, yaşlı sıçanlarda da yaddaş problemləri var. Video nümunəsində 18 aylıq siçan sualtı platformanı tapmaq üçün çalışır. Digər azyaşlı siçan isə həmin yolu aydın xatırlayır".

Gerard Karsenti və Kolumbiya Universiteti Tibb Mərkəzinin laboratoriyası yaşlı siçanlar üçün sümük hüceyrələrinin hazırladığı bir hormonla yaddaşın yaxşılaşdırılması üçün sadə yol tapıb. Osteokalsin hormonu sümük hüceyrələrində sintez olunur və onların qurulmasını təmin edir. Osteokalsin beyin yaddaş mərkəzinə gedərək neyronları gücləndirir. İnsanlarda da siçanlarda olduğu kimi yaş artdıqca osteokalsinin səviyyəsi azalır. Lakin tədqiqatçılar yaşlı siçanlara əlavə osteokalsin verərək onların yaddaşını yaxşılaşdırırlar".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45892 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 775 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 780 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 753 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 852 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO