idman

Orxan Səfərov: "Hədəfim Tokio Olimpiya Oyunlarında birinci yer tutmaqdır"

  • 15 May 2017
  • 258 baxış

IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandıqdan sonra növbəti hədəfim 2020-ci il Tokio Olimpiya Oyunlarında birinci yer tutmaqdır.

XalqTV.com bildirir ki, bunu  Trend-ə İslamiadada cüdo üzrə 60 kq çəki dərəcəsində qızıl medal qazanmış Orxan Səfərov deyib.

O bildirib ki, Bakıda əldə etdiyi nəticələrlə kifayətlənmək niyyətində deyil: "Qarşıda çoxlu vacib yarışlar var. 2016-cı il Olimpiya Oyunlarında mən beşinci olmuşdum, Tokioda isə qızıl mükafatı qazanmağı hədəfləyirəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/23/cached-xeber-701-orxan-seferov--hedefim-tokio-olimpiya-oyunlarinda-birinci-yer-tutmaqdir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11