SAĞLAMLIQ

Alimlər immuniteti möhkəmlədən ən yaxşı məhsulların adlarını açıqlayıblar

  • 08 Sep 2017
  • 324 baxış

Amerika alimləri bu qənaətə gəliblər ki, insanın immuniteti bağırsaq mikroflorasından asılıdır. XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, onlar orqanizmin qoruyucu qüvvələrini möhkəmlədən ən yaxşı məhsulların adlarını açıqlayıblar.

ABŞ mütəxəssislərinin fikrincə, insan lifli qida nə qədər çox yesə, onun bağırsaq hüceyrələri bir o qədər sürətlə işləyir. Lifli qida həzm olunanda əmələ gələn maddə orqanizmin qoruyucu funksiyasını yaxşılaşdırmaqda hüceyrələrə kömək edir. Alimlər bir sıra tədqiqatlar apararaq aydınlaşdırıblar ki, orqanizmin xəstəlik törədən patogenlərdən müdafiəsi çox vaxt rezident bakteriyaların fəallığından asılıdır. İnsan sellülozla zəngin yemək yeyəndə kolonsitlər elə işləməyə başlayır ki, rezidentlərin məhv olmasının qarşısı tamamilə alınır.

Alimlər bildirirlər ki, düzgün qidalanma yeyilən məhsulların keyfiyyətindən birbaşa asılıdır. Düzgün qidanın tərkibində yağlı, unlu və nişastalı məhsullar mümkün qədər az olmalı, daha çox zülal, vitaminlər, sellüloz və mikroelementlər olmalıdır. Diyetoloqlar isə bildirirlər ki, immuniteti möhkəmlətmək üçün müxtəlif sıyıqlara, tərəvəz və təmizlənməmiş taxıl məhsullarına, xüsusən, yerkökünə, habelə sitrus bitkilərinə üstünlük verilməlidir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45892 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 775 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 780 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 753 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 852 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO