Dünya
Aktrisa rolu üçün xeyli kökəldi - FOTO
"Deliha" filminin davamını çəkməyə hazırlaşan aktrisa Gupse Özay rolu üçün kökəlib.
XalqTV.com axşam.az-a istinadən bildirir ki, aktyor Barış Arduçla sevgili olan Gupse yaradıcılığında da uğurlu addımlar atmağa davam edir.
Həm ssenarisini yazdığı, həm də rejissorluq edəcəyi "Deliha 2"nin çəkilişləri üçün hazırlıqlara başlayan aktrisa yeni fotosunu paylaşıb.
O, şəklə "Mənim canım Deliha göbəyim" yazıb. Fanatları bir tərəfdən işinə bu qədər bağlı olduğu üçün Özayı təbrik etmiş, digərləri isə kökəlib-arıqlamağın səhhətinə vuracağı ziyandan bəhs edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR