Polşada Azərbaycan və Ermənistan nümayəndələri arasında gərginlik - FOTO
Polşada Krinisa İqtisadi forumu çərçivəsində keçirilən panellərdən birində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında gərgin debat olub.
Bu barədə XalqTV.com-a Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin sədri, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) Müşahidə Şurasının üzvü Ayaz Mirzəyev məlumat verib.
/>
Onun sözlərinə görə, iclas "Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna üçün Avropa Birliyinin irəli sürdüyü Şərq Tərəfdaşlığı Platformasının son 8 ildə əldə etdiyi nailiyyətlərə baxış" mövzusuna həsr olunub:
"Təbii ki, bütün ölkələrdən çıxışçılar var idi. Hər bir ölkə Avropa Birliyi ilə əməkdaşlığın iqtisadi aspektlərini, ölkələri üçün gətirdiyi səmərə barədə danışdığı halda ermənilər bu dəfə də öz amplualarında idilər. Ermənistanın keçmiş baş naziri (1993-1996-cı illər), müxalifətçi Pan-Armenian Milli Hərəkat Partiyasının sədri Hrant Baqratyan Azərbaycanın iqtisadi göstəricilərini tənqid etməyə başladı. Daha bir erməni rəsmisi isə Avropa Birliyinin xalqların öz müqəddaratını təyin etməsi ilə bağlı prinsipi ilə hesablaşmalı olduğunu bildirdi və Azərbaycandan fərqli olaraq sülh istədiklərini dilə gətirdi. Hamının sivil müzakirələr gözlədiyi debatlarda artıq oyun qaydaları pozulmuşdu".
/>
Lakin A.Mirzəyev qeyd edib ki, Azərbaycan nümayəndələri ermənilərin cavabını lazımınca verib yerində oturdublar: "QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr, analitik təhlil və ekspertiza şöbəsinin rəhbəri Toğrul Məmmədli əvvəlcə Hrant Baqratyanın irəli sürdüyü faktları saxta adlandırdı.
/>
O dedi ki, Baqratyan region ölkələrinin istisadiyyatı haqqında danışanda qonşu ölkələrin 2017-ci il üçün göstəricilərini az qala Azərbaycanın 2000-ci ildəki büdcəsi ilə müqayisə edir. Elə bu faktın özü erməni nümayəndə heyətinin gülünc vəziyyətdə qalmasına kifayət edirdi. O ki qaldı xalqların öz müqəddəratını təyin etmə məsələsinə, Toğrul Məmmədli dedi ki, Avropa Birliyi üçün bütün münaqişələrin həllində əsas prioritet məhz ölkələrin ərazi bütövlüyüdür. Bu mövqe də beynəlxalq hüquqa əsaslanır. Əgər belə olmasaydı, onda bütün Avropada qondarma rejimlərin sayı çoxalardı və hər bir süveren ölkə böyük bir təhdidlə, Avropa isə dəyərlərinin süqutu ilə üzləşərdi. Məhz bu səbəbdən Erməni tərəfi xülyaya qapılmasın. Sülhə gəldikdə isə erməni tərəfi mülki vətəndaşlar - 2 yaşlı Zəhra balanı və onun nənəsini qətlə yetirməklə dırnaqarası necə sülh istədiklərini sübut etdilər. Bunu ancaq barbarlar edə bilərdi və erməni əsgərləri də bunu etdi..."
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində