Dünya

"İrma" "Aeroflot"a da təsir etdi - Reyslər təxirə salındı

  • 08 Sep 2017
  • 232 baxış

Karib dənizi üzərində tüğyan edən "İrma" qasırğası ilə əlaqədar Rusiyanın "Aeroflot" aviaşirkəti 4 reysi təxirə salıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, ABŞ-ın Mayami şəhərinə və Kubanın paytaxtı Havanaya, eləcə də əks istiqamətdə uçuşlar təxirə salınıb.

Qeyd edək ki, Fransanın dənizaşırı ərazilərində böyük dağıntılara səbəb olan və hazırda Florida ştatına yaxınlaşan qasırğa azı 16 nəfərin ölümünə səbəb olub.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR