Dünya

Kubada qasırğanın yaxınlaşması ilə əlaqədar 700 min nəfər təxliyə edilib

  • 08 Sep 2017
  • 250 baxış

Kubanın şərq bölgəsində "İrma" qasırğasının yaxınlaşması ilə əlaqədar 700 min nəfər təxliyə edilib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, insanlar ölkə ərazisində yerləşən 45 evakuasiya mərkəzi və 39 xüsusi sığınacaqda yerləşdirilir.

Hazırda Kubanın bir sıra bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları yağır. Sahilboyu ərazilər su altında qalıb.  
 
Bundan əvvəl  "İrma" qasırğası Karib adalarında 8 nəfərin ölümünə səbəb olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR