İqtisadiyyat

Azərbaycan bankları dollar satışını 2,6 dəfə azaldıb

  • 08 Sep 2017
  • 314 baxış

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan bankları 764,7 milyon dollar satıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azdır.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, eyni dövr ərzində müştərilər nağd şəkildə 12,09 milyon funt sterlinq, 158,63 milyon avro və 1,37 milyard rubl əldə edib.

Banklar tərəfindən dolların alınmasında da eyni vəziyyət qeydə alınıb. Belə ki, bu ilin ilk 7 ayı ərzində banklar 829,11 milyon dollar alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.

Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilir ki, banklar yeddi ay ərzində 3,75 milyon funt sterlinq, 114,93 milyon avro və 7,48 milyard rubl əldə edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-7055-azerbaycan-banklari-dollar-satishini-2-6-defe-azaldib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11