İqtisadiyyat

Rusiyanın Mərkəzi Bankı bitkoinə qarşı qərar verdi

  • 09 Sep 2017
  • 318 baxış

Rusiya Bankı (Mərkəzi Bank) kriptovalyutaların pul əvəzedicisi kimi istifadə edilməsinə icazə verməyəcək.

XalqTV.com  virtualaz.org-a istinadən bildirir ki, bu açıqlama ilə Rusiya Bankının rəhbəri Elvira Nabiullina Moskva maliyyə forumunda çıxış edib. E.Nabiullina bildirib ki, kriptovalyutaların pul əvəzedicisi kimi istifadəsi pul dövriyyəsinə zərər verə, köçürmələrin anonimliyi səbəbindən risk yarada bilər.

Baş bankir kriptovalyutalardan pul əvəzedicisi kimi istifadənin terrorizmin maliyyələşməsi və qeyri-qanuni gəlir əldə edilməsi kimi risklər yaradır. Rusiya Bankı kriptovlayutalardan ancaq mal və xidmətlərə görə hesablaşmalarda istifadə olunmasını təklif edib.

E.Nabiullina kriptovalyutaların qiymətində son zamanlar müşahidə olunan kəskin artımla bağlı xəbərdarlıq da edib: "Bu texnologiyaların bir çoxu tərəfimizdən tənzimlənə bilmir, çünki onlar dövlətdənkənar xarakter daşıyır".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-7104-rusiyanin-merkezi-banki-bitkoine-qarshi-qerar-verdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11