Dünya

Ana olduqdan sonra podiuma çıxmayacağı deyilirdi, əksi oldu - FOTO

  • 10 Sep 2017
  • 244 baxış

Bir müddət öncə ilk dəfə ana olan dünya şöhrətli rus model İrina Şeykin "Nyu-York moda həftəsi"ndə podiuma çıxmayacağına dair yayılan xəbərlər öz təsdiqini tapmayıb.

Qafqazinfo-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı model Adriana Lima, Brend Li, Elza Hosk, Teyan Teylor və digər həmkarları ilə dizayner Philip Pleinin yeni kolleksiyasını nümayiş etdirib. 

Qeyd edək ki, bu, İ. Şeykin ana olduqdan sonra podiuma ilk çıxışıdır.

Xatırladaq ki, İrina Şeykin qızı Lea de Sen 2017-ci il martın 21-də dünyaya gəlib. Uşağın atası aktyor Bredli Kuperdir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR