Dünya

Rusiya yeni hərbi texnikasını Suriyada sınaqdan keçirdi

  • 10 Sep 2017
  • 239 baxış

Rusiya tankları dəstəkləyən "Terminator" döyüş maşınını (TDDM) Suriyada döyüş şəraitində uğurla sınaqdan keçirib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyada keçirilən "Uraltank" festivalı çərçivəsində mətbuat konfransında "Ural maşınqayırma konstruktor bürosu" ASC-nin baş direktoru və baş konstruktoru Andrey Terlikov deyib. 

"TDDM Suriyada döyüş şəraitində sınaqdan keçirib, o bu ölkəyə paradlarda nümayiş etdirilməsi üçün yox, İŞİD-ə qarşı döyüşlərdə iştirak etmək üçün göndərilib" , deyə A.Terlikov deyib. 

Onun sözlərinə görə, sınaqlar zamanı müəyyən nəticələr əldə edilib: "Müdafiə Nazirliyi üçün faydalı məlumatlarımız var". 

Şirkət rəhbəri Müdafiə Nazirliyi ilə imzalanan müqavilə Rusiya ordusundakı T-72 və T-90 tanklarının T-72 BZ və T-90 M səviyyəsinədək təkmilləşdirilməsini nəzərdə tutur. 

"Terminator" döyüş maşınının Suriyaya "ezamiyyəti" haqqında ilk dəfə iyunda bildirilmişdi. O zaman Rusiya SQ Baş Qərargah rəisi Valeri Gerasimov "Xmeymim" aviabazasında tankları dəstəkləyən "Terminator" döyüş maşınını Suriya prezidenti Bəşər Əsədə nümayiş etdirmişdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR