Xərçəngin 5 səbəbi açıqlandı
Ümumdünya Səhiyyə Təşkilatı xərçənglə bağlı qorxunc proqnozlar açıqlayıb.
Təşkilatın mütəxəssisləri proqnozlaşdırır ki, 2025-ci ildən başlayaraq hər il 19 milyon, 2035-ci ildən başlayaraq isə hər il 35 milyon insan xərçəngə tutulacaq. Hal hazırda hər il dünyada 14 milyon belə diaqnoz qoyulur.
XalqTV.com sağlamolun.az-a istinadən xəbər verir ki, məşhur Hollandiyalı onkoloq, dünyada xərçəngin ən qabaqcıl tədqiqatçlardan biri olan professor Anton Berns Komsomolskaya Pravda-ya müsahibədə xərçəngin əsas səbəblərini açıqlayıb.
Tanınmış onkoloqun fikrinə görə, onkoloji xəstəliklərin əsas səbəbləri bunlardır:
- Siqaret çəkmək. Ağcıyər, qırtlaq, qaraciyər, sidik kisəsi xərçənginin riskini artırır.
- Bəzi viruslar (B və C hepatitləri, papillomavirus, Epşteyn-Barr virusu, helikobakter pilori). Bu viruslar özü-özündən xərçəngə səbəb olmasa da orqanlarda müəyyən prosesləri işə salır ki, bu proseslər xərçəngin inkişafına səbəb ola bilər.
- Piylənmə. Alim bunu ən ciddi səbəblərdən biri kimi qeyd edir. Piylənmə süd vəzi, bağırsaq, qalxanvari vəzi, mədəaltı vəzi və bir sıra digər onkoloji xəstəliklərin riskini artırır.
- Spirtli içkilər. Spirtin parçalanması nəticəsində orqanizmdə əmələ gələn toksiki maddələr hüceyrələri zədələyir, ziyanlı mutasiyalara səbəb olur ki, bu da öz növbəsində bir çox müxtəlif xərçəng xəstəliklərinin inkişafına səbəb ola bilər.
- Həddindən artıq "zaqar".
Bundan əlavə alim qırmızı ətdən süi-istifadə etməməyi tövsiyə edir ki, araşdırmalar rasionda qırmızı ətin çox olmasının bağırsaq xərçəngi ilə əlaqəsini göstərir.
Həmçinin alim xərçəngin profilaktik tədbirlərini də qeyd edib. Onlar çox sadədir:
- Normal bədən çəkisini saxlamağa kömək edən sağlam qidalanma.
- Siqaret çəkmək və spirtli içkilərdən imtina.
- İdman.
- Xərçəngin inkişafına səbəb ola bilən infeksiyalardan qorunma.
Maraqlıdır ki, alim stress və qidalarda olan konservantları xərçəngin riskini artıran ciddi amil hesab etmir.
XalqTV.com