Dünya

Kilsədə insanlara bıçaqla hücum edən şəxs saxlanılıb

  • 10 Sep 2017
  • 236 baxış

Böyük Britaniyanın Birminqem şəhərində kilsədə qəsdən qətl törətməyə cəhddə şübhəli bilinən 46 yaşlı naməlum şəxs həbs edilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda rayonun polisi xəbər verib.

Məlumata görə, hadisə nəticəsində 33 yaşlı kişi xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR