SAĞLAMLIQ

Piylənmə xərçəngin 16 növünü yarada bilər

  • 10 Sep 2017
  • 310 baxış

Piylənmə onkoloji xəstəliklərin inkişaf riskinin əsas səbəblərindən biri kimi artıq təsdiqlənib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, artıq çəki bədxassəli şişlərin hüceyrələrini "qidalandırır". Peşəkarların fikrincə, növündən və insan orqanizmində necə yerləşməsindən asılı olaraq, xərçəngin inkişafına piy müxtəlif vasitələrlə təsir edə bilir. Yuta Universitetində C.Xantsman adına Xərçəngin Öyrənilməsi İnstitutunun bir qrup tədqiqatçısı onkologiyanın artıq çəki ilə əlaqəli olduğunu bildiriblər. Artıq çəki ucbatından xərçəngin 16 növü yarana bilər.

Məlum olub ki, piy hüceyrələri xərçəngin yayılması üçün əlverişli mənbədir, həmçinin onların inkişafına imkan yaradır. Məsələn, ağ piy toxuması (həmçinin qəhvəyi və bej rəngdə də olur) əsasən döş xərçənginin ağır dərəcəsi olan pasiyentlərdə tapılıb. Alimlər, həmçinin öyrəniblər ki, ağ piy toxuması döş xərçəngi riskini artırır. Hazırda mütəxəssislər pasiyentlərdə şişin inkişafı ilə bağlı proseslərin qarşısının alınması yollarını axtarmağı planlaşdırırlar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO