idman
Tamaşaçı: "Arzu edirəm ki, nəvəm Azərbaycan üçün qızıl medal qazansın"
İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarını izləməyə gəlmiş tamaşaçı Rəsul Rəsulov nəvəsinin də bu cür yarışlarda Azərbaycanı təmsil edəcəyini arzulayır.
XalqTV.com xəbər verir ki, Trend-ə danışan azarkeş nəvəsinin üç ildir ki, idman gimnastikası ilə məşğul olduğunu deyib: "Ümid edirəm ki, o nə vaxtsa qızıl medal qazanacaq".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
RƏYLƏR








