Dünya
Türkiyədə baş verən yol qəzasında 16 nəfər xəsarət alıb
Türkiyənin Manisa vilayətində ağır yol qəzası baş verib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, hadisə Saruhanlı rayonunda qeydə alınıb.
Kənd təsərrüfatı işçilərini daşıyan qoşqulu traktor yoldan çıxaraq su kanalına aşıb. Hadisə nəticəsində traktorun sürücüsü daxil olmaqla 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
XalqTV.com
RƏYLƏR