idman

Bakı-2017: İdman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb - FOTO

  • 15 May 2017
  • 274 baxış

Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası üzrə fərdi yarışlarında qaliblər mükafatlandırılıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, mükafatlandırma mərasimində "Azərişıq" ASC-nin sədri Baba Rzayev və islam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva iştirak edib.

Kişilər arasında turnik və dəstəli at üzərində hərəkətlər, eləcə də dayaqla tullanma, qadınlar arasında isə sərbəst və gimnastika tirində hərəkətlər üzrə qaliblərə medallar təqdim olunub.
Günün yekunu üzrə Azərbaycan idman gimnastikası yarışlarında ümumilikdə 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/23/cached-xeber-722-baki-2017--idman-gimnastikasi-uzre-ferdi-yarishlarin-qalibleri-mukafatlandirilib----foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11