Dünya

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri "Washington Post" qəzetində ölkəmizə qarşı məqalələrə ca

  • 12 Sep 2017
  • 253 baxış

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanovun "Washington Post" qəzetində Azərbaycana qarşı məqalələrə cavab olaraq tənqidi yazısı dərc olunub.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, V.Qurbanovun yazısında bir neçə gün əvvəl bu qəzetdə Azərbaycanla bağlı dərc olunmuş məqalənin məyusedici olduğu qeyd edilir.

Müəllif vurğulayıb ki, Azərbaycanın məhkəmə və vergi sisteminə qarşı çıxışlar nə qanunun aliliyinə, nə də vətəndaş cəmiyyətinin inkişafına xidmət etmir.

V.Qurbanov qeyd edir ki, Azərbaycanda fəaliyyət göstərən Mətbuat Şurası "Washington Post"un siyasətindən narahatlığını bildirib və jurnalist Mehman Əliyev haqqında yazını kəskin tənqid edib: "Bu, elə həmin Mətbuat Şurasıdır ki, hökuməti Mehman Əliyevi azad etməyə çağırmışdı. Azərbaycan cəmiyyətində fikir müxtəlifliyi var, amma təəssüf ki, bu Azərbaycan haqqında xəbərlərdə yer almır".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR