Dünya

Amerika kino tarixində yeni rekord

  • 13 Sep 2017
  • 224 baxış

Amerikada rejissor Andres Muskettinin "O" qorxulu filmi yeni rekord müəyyənləşdirib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın ilk həftəsonu ərzində ABŞ kinoteatrlarında filmin nümayişindən 117,2 milyon dollar əldə olunub. Bu, 2011-ci ildə sentyabrın ilk istirahət günləri 52,6 milyon dollar qazandırmış "Paranormal hadisə 3" filminin gəlirindən iki dəfə çoxdur.

Film, həmçinin sentyabr premyeraları tarixində rekord müəyyənləşdirib. Buna qədər ən çox qazanc gətirən 2015-ci ildə nümayiş olunan "Divlər tətildə" komediya filmi olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR