Dünya
Fransada daşqınlar gözlənilir
Fransanın şimal-şərqində, 7 departamentdə leysanla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, "Meteo France" Milli Meteorologiya Təşkilatı güclü yağışların daşqınlara səbəb ola biləcəyini bəyan edib.
Sinoptiklərin xəbərdarlığı sabah saat 09:00-dək qüvvədə olacaq.
Xatırladaq ki, sentyabrın 10-da leysan İtaliyanın mərkəzi regionlarına ciddi ziyan vurub. Toskana vilayətində 8 nəfər daşqınların qurbanı olub, 15 min ailə zərər çəkib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR