idman

"Lester"in kapitanı evindən qovuldu

  • 13 Sep 2017
  • 282 baxış

İngiltərənin "Lester" klubunun kapitanı Ues Morqan xoşagəlməz halla üzləşib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, yamaykalı müdafiəçi evindən qovulub.

Buna Morqanın həyat yoldaşı Şenin Fişerə xəyanət etməsi səbəb olub. Belə ki, futbolçunun xanımına anonim zəng gəlib və adını açıqlamayan şəxs onun əri tərəfindən 3 ildi aldadıldığını bildirib. Fişerin təzyiqindən sonra Morqan xəyanət etdiyini boynuna alıb və 27 yaşlı sevgilisinin hamilə olduğunu da gizlətməyib.
 
Şoka düşən xanım həyat yoldaşını Nottingemdəki 1 milyon avroluq evdən qovub. Nəticədə futbolçu özünə kirayə ev tutmaq məcburiyyətində qalıb.  
 
Qeyd edək ki, 2012-ci ildən "Lester"in formasını geyinən müdafiəçi 14 ildi Şenin Fişerlə evlidi. Cütlüyün iki övladı var.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-7292-lesterin-kapitani-evinden-qovuldu..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11