Dünya
İçkili şəxs yanacaqdoldurma məntəqəsində soyundu, özünə od vurdu - FOTO
İngiltərədə spirtli içki qəbul edən şəxs yanacaqdoldurma məntəqəsində soyunub.
XalqTV.com Milliyet-ə istinadən xəbər verir ki, o, daha sonra əlinə götürdüyü pompa ilə üzərinə benzin tökərək özünü yandırıb. Şalvarının balağı yandığı anda rəqs etməyə başlayan gənci sakitləşdirə bilməyən mühafizəçi polisə zəng edərək kömək istəyib. Məntəqəyə gələn bir qadın və bir polis məmuru sərxoş gənci sakitləşdirməyə çalışıb. Əlindəki pompa ilə qadın polisə doğru yaxınlaşan şəxs onun üzərinə tullanmaq istəyib.
Bu məqamda sərxoş şəxs digər polis tərəfindən dərhal yaxalanıb. Əldə edilən görüntülərdə qadın polisin qorxduğu üzündən hiss edilir.
Həmin görüntüləri təqdim edirik:
Məhəmməd Vaqif
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR