Dünya
ABŞ-da məktəbdə atışma: 1 ölü, 3 yaralı - YENİLƏNİB
23:39
ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində məktəblərin birində atışma baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, atışma nəticəsində 1 məktəbli həlak olub, 3 nəfər isə yaralanıb.
Məlumata əsasən, atəş açan şəxs polislər tərəfindən saxlanılıb.
----------
23:14
ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində məktəblərin birində atışma baş verib.
Trend-in "RİA Novosti"yə isitnadən verdiyi məlumata görə, bu barədə Spokan şəhərinin şerifi öz "Twitter" hesabında yazıb.
"Freeman məktəbində atışma. Orta və ibtidai məktəb bağlanıb. Hadisə yerində polis və həkimlər var. Biz mümkün olan kimi məlumat verəcəyik", - yazıda deyilir.
Sosial şəbəkələrdə bir neçə istifadəçinin məlumatına görə, atışma nəticəsində 6 nəfər yaralanıb.
XalqTV.com
RƏYLƏR