Dünya

Savelyev: "Azərbaycan regionda liderlik mövqeyinə yüksəlib"

  • 14 Sep 2017
  • 236 baxış

"Bu gün Rusiyanın bir sıra ölkələrlə münasibətləri sınaqdan keçdiyi bir vaxtda, Azərbaycanla olan münasibətlər müxtəlif sahələrdə inkişaf edir".

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Moskvada "Moskva-Bakı xətti: Qafqazın yeni geosiyasətinə doğru" konfransında Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında azad ticarət rejimi mövcuddur.

D.Savelyev qeyd edib ki, 25 il ərzində Azərbaycan regionda liderlik mövqeyinə yüksəlib, eləcə də əlverişli coğrafi vəziyyətini fəal şəkildə istifadə edir.

Deputat qeyd edib ki, çoxtərəfli Rusiya-Azərbaycan əməkdaşlığı yüksəliş dövrünü yaşayır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR