Dünya

Müğənninin bacısının başı dərddə: 6 ildir onu qarabaqara izləyən kişi kimdir? - FOTO

  • 14 Sep 2017
  • 252 baxış

Helin Avşar 6 ildir onu və bacısı Hülya Avşarı narahat edən fanatının yemək yediyi məkanda ikən yazdığı mesajı görüncə dəliyə dönüb.

XalqTV.com Haberler-ə istinadən xəbər verir ki, restoranda yemək yediyi zaman mesajı görən kimi qəzəbli halda ayağa qalxan Helin adı Mert Başarır olduğu iddia edilən şəxsin mesajını ona çatdıran ofisiantı yanına çağıraraq: "Onun mesajını nə haqla mənə gətirib göstərirsən? Polis çağıracağam, bezdim", deyib.

Olaydan sonra restorandakı digər müştərilərin Helin Avşarı sakitləşdirməyə çalışdığı deyilir. Mobil nömrəsinə və sosial şəbəkə hesabına yazdığı mesajlarla bezdirdiyini deyən Helin sosial şəbəkədə Mert Başarırı nə qədər blok etsə də, açıdığı yeni hesablarla narahat etməkdə davam etdiyini deyir.

Əsəbləri tarıma çəkilən Avşarın restorandan birbaşa yollandığı oteldə də həmin kişidən "salam" mesajı gəlincə dəli olmaq dərəcəsinə çatdığı bildirilir.

Məhəmməd Vaqif

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR