Dünya

Azərbaycanlı milyarderin mədənində qəza: 109 nəfər yerin altında qalıb, ölən var - YENİLƏNİB

  • 14 Sep 2017
  • 251 baxış

19:53

Rusiya Federasiyasının Komi Respublikasında "Yareqaneft" mədənində uçqun baş verib.

Qafqazinfo-nun "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 mədən işçisi həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, uçqun zamanı yerin altında 109 nəfər olub: "1 mədənçi ölüb, onun cəsədi çıxarılıb. Digər mədənçilər işlərinə davam edirlər. Onların həyatı üçün heç bir təhlükə yoxdur".

Qeyd olunur ki, neft mədəni azərbaycanlı milyarder Vahid Ələkbərovun prezidenti olduğu "Lukoyl" şirkətinin strukturuna daxildir. Şirkətdən baş vermiş hadisəni təsdiqləyiblər. 

Hazırda qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

----------

17:14

Komi Respublikasında mədəndə qəza baş verib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, qəza ilə bağlı regionun fəvqəladə xidməti xəbər yayıb.

Son məlumata görə, qəza nəticəsində təxminən 110 mədən işçisi yerin altında qalıb. Dəqiq olaraq həmin anda 109 işçinin mədəndə olması bildirilir.

Verilən ilkin məlumata görə, mədən "Lukoyl" şirkətinin strukturuna daxildir.

Mədəndə qəzanın baş vermə səbəbləri barədə hələ məlumat yoxdur. Hadisə yerinə xilasedicilər və tibbi heyət cəlb edilib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR