idman
Ərtoğrul Sağlam istefa verdi
Türkiyənin "Malatyaspor" klubunun baş məşqçisi Ərtoğrul Sağlam istefa verib.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə açıqlamasında baş məşqçi özü məlumat verib.
O, komandanın uğursuz çıxışlarına görə bu addımı atdığını bildirib.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis mövsümün əvvəlindən Malatya təmsilçisini çalışdırırdı. Komanda bu mövsüm 4 oyuna 4 xal toplayaraq 13-cü pillədə qərarlaşıb.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR