idman

DÇ-2018: Püşkatma mərasiminin vaxtı və şərtləri açıqlandı

  • 14 Sep 2017
  • 269 baxış

Bu gün FİFA-nın Sürixdəki mənzil qərargahında qurumun İcraiyyə Komitəsinin iclası olub.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, əsas müzakirə olunan məsələ Rusiyada keçiriləcək DÇ-2018-in püşkatması olub.
 
Bütün komandalar reytinqlərinə görə 4 səbətə bölünəcəklər. Hər səbətdə 8 milli olacaq. Səbətlərə bölünərkən FİFA-nın oktyabr ayında açıqlayacağı millilərin dünya sıralaması əsas tutulacaq.
 
İlk səbətdə dünya çempionatında iştiraka haqq qazanmış 32 komandadan ən yüksək reytinə sahib 7-si və ev sahibi kimi Rusiya yer alacaq.
 
A-dan H-a qədər 8 qrup formalaşacaq ki, bu qruplarda Avropadan 2, digər konfederasiyaların hərəsindən ancaq bir komanda yer ala biləcək.
 
Qeyd edək ki, mundialın püşkatma mərasimi bu ilin dekabrın 1-də Moskvada keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-7356-dc-2018--pushkatma-merasiminin-vaxti-ve-shertleri-aciqlandi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11