idman

Qurbanov "Çelsi"dən 6 qol buraxan qapıçını cəzalandırdı

  • 15 Sep 2017
  • 243 baxış

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib. 

XalqTV.com futbol11.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini cəzalandırıb. 

Məlumata görə, çalışdırıcı uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, 29 yaşlı "çərçivə qoruyucu"su Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" ilə matçda kobud səhvlərlə yadda qalıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR