Dünya

Səməd Seyidov: "Bütün məsələlər müzakirə yolu ilə həll olunmalıdır"

  • 15 Sep 2017
  • 230 baxış

Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın Azərbaycanda səfərdə olan həmməruzəçiləri Stefan ŞennakSezar Florin Preda ilə görüşüb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, S.Seyidov bildirib ki, son vaxtlar ölkəmizə qarşı artan qara piar kampaniyasının əsl məqsədinin Azərbaycanın iqtisadi qüdrətini zəiflətmək, həmçinin işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların işğalını legitimləşdirməkdir. Komitə sədri bu fikirlərini təsdiq edən faktları - Avropada fəaliyyət göstərən erməni təşkilatlarının yaydıqları press-relizi AŞPA-nın həmməruzəçilərinə təqdim edib.

Sonra S.Seyidov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin hazırladıqları məruzəyə dair fikirlərini açıqlayıb. S.Seyidov Avropa Şurasının bir sıra ölkələrə münasibətdə sərt mövqe tutmasının yolverilməz olduğunu bildirib: "Həmin ölkələrin Avropa Şurasından uzaqlaşdırılması Avropa Şurasının özünün dağıdılması deməkdir. Bütün məsələlər müzakirə yolu ilə həll olunmalıdır".

Görüşdə həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR