Fransalı nazir: "ATƏT-in Minsk qrupunun həmsədrləri öz işlərini lazımınca yerinə yetirirlər"
"Əslində ATƏT-in Minsk qrupunun həmsədrləri öz işlərini lazımınca yerinə yetirirlər".
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan Fransanın Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün göstərdiyi səylərə münasibət bildirərkən deyib.
J.Lömuan bu gün Prezident İlham Əliyevlə görüşdüyünü xatırladıb: "Görüşdə bildirdim ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində həmsədr ölkə kimi çalışır ki, öz vasitəçi fəaliyyətini aparsın. Bununla bağlı səfir Viskonti ilə daimi əlaqə saxlayıram. Bildiyimiz kimi, fransalı həmsədr Stefan Viskonti Fransanı ATƏT-in Minsk qrupunda təmsil edir".
Nazir bildirib ki, bu yaxınlarda Nyuv Yorkda BMT Baş Assambleyası çərçivəsində nazirlər səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub: "Ola bilsin ki, gələcəkdə daha yüksək səviyyədə görüş baş tutsun. Fransa bu prosesin aparılmasına daim diqqətlə yanaşır".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində