ABŞ-da polislə etirazçılar arasında toqquşma: 13 nəfər tutuldu
ABŞ-ın Sent-Luis şəhərində (Missuri ştatı) polislə etirazçılar arasında toqquşma baş verib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, qarşıdurma zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb, 13 etirazçı saxlanılıb.
Etiraza səbəb məhkəmə tərəfindən 2011-ci ildə qaradərili gənci güllələyən polis əməkdaşı barəsində bəraət hökmünün çıxarılması olub. Məhkəmə qərarını açıqladıqdan dərhal sonra Sent-Luis şəhərində yüzlərlə insan küçələrə axışıb.
Qeyd edək ki, altı il əvvəl Sent-Luisdə sabiq polis zabiti Ceyson Stokli 24 yaşlı qaradərili Entoni Lamar Smiti güllələyərək öldürüb.
Xatırladaq ki, 2014-cü ildə Missuri ştatının Ferqyson şəhərində qaradərili gənc Maykl Braun polis tərəfindən açılan atəşlə qətlə yetirilmiş, bundan sonra şəhəri etiraz aksiyaları bürümüş, polislə etirazçılar arasında çoxsaylı toqquşmalar baş vermişdi.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində