idman

""Qarabağ" da bizim kimi..." - "Seltik"in baş məşqçisi

  • 16 Sep 2017
  • 281 baxış

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Brendan Rocers Çempionlar Liqasında Fransanın PSJ klubuna məğlubiyyətin səbəblərini açıqlayıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis 0:5 hesabı ilə uduzmalarını komandaların büdcələri arasındakı fərqlə əlaqələndirib. 

PSJ-nin transferlərindən danışan Rocers "Qarabağ"ın "Çelsi"yə 0:6 hesabı ilə məğlub olmasına da biganə qalmayıb: "Qrup mərhələsində oynayan klublar arasında büdcə fərqi çox böyükdü. Məsələn, Azərbaycanın "Qarabağ" kimi. Onlar da bizim kimi zəngin klubla qarşılaşmaq məcburiyyətində qaldılar. Belə klublar 1-2 yaxşı oyunçuya malik olurlar və digərləri də onlarla birgə çıxış edirlər. PSJ-yə baxın. Hər bir mövqedə çox güclü futbolçusu var. Bu komanda ilə oynamaq çox çətin idi". 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-7457-qarabag-da-bizim-kimi----seltikin-bash-meshqcisi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11