İqtisadiyyat

Azərbaycanda avtomobil istehsalı azalıb, qiymət isə bahalaşıb

  • 16 Sep 2017
  • 268 baxış

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda minik avtomobillərinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 74,8%  azalaraq 30 ədəd təşkil edib.

XalqTV.com  oxu.az-a istinadən bildirir ki, son 1 ildə yük avtomobillərinin istehsalında azalma 98,9% olub.  

Hesabat dövründə Azərbaycanda minik avtomobillərinin qiyməti iyul ayı ilə müqayisədə orta hesabla 0,5% artıb.İllik müqayisədə isə artım 9,7% olub.  
Ötən ay minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,1%, illik müqayisədə isə 13% bahalaşıb. Ölkədə satılan velosipedlərin qiyməti isə aylıq 0,4%, illik isə 14,8% artıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR