SAĞLAMLIQ

Asperger sindromu nədir?

  • 17 Sep 2017
  • 358 baxış

Asperger sindromu autizm qrupunun bir növüdür. Bu sindrom hər şeyə təsir göstərən inkişaf pozuntusu hesab olunur.
Asperger sindromu olan insanlarda nə kimi problemler müşahidə olunur.
Asperger sindromu naməlum bir sindrom olduğu üçün bəziləri tərəfindən yanlış anlaşılır. Təyin olunması da çətindir,üçlü bir pozuntu olaraq adlandırılır.

XalqTV.com psixologiya.net-ə istinadən bildirir ki, aşağıdakı pozğunluqlar müşahidə olunur.

1.İctimai münasibətlərdə çətinliklər
2.Ünsiyyətdə çətinliklər
3.Təxəyyüldə çətinliklər

İctimai münasibətlərdə çətinliklər - Təşkilatçılıq qabiliyyətləri çox zəifdir.Nəsə bir plan ağıllarına gələndə onu necə təşkil edəcəklərini bilməzlər. Dostlar tapmaqda çətinlik çəkirlər.İnsanlarla münasibət yarada bilmirlər. Bəzən hər şeyi səhv anlayırlar.Sanki görünməz bir divarın arxasındadırlar.Bir söhbəti sona qədər davam etdirməkdə çətinlik çəkirlər

Ünsiyyətdə çətinliklər-  Başqalarının dediyi sözləri anlaya bilmirlər. Göz təması qurmaqda çətinlik çəkirlər və hətta göz təması qurmaq onlara ağrı verir .Asperger sindromu olan şəxslərin digərlərini anlamasında problemlər yaşanır. Səbrsiz olurlar.

Təxəyyüldə çətinliklər- Digərlərinin nə hiss etdiyini anlamaqda çətinlik çəkirlər. Duyğuların,mimikaların nə ifadə etdiyini başa düşməzlər.Hekayələrin,nağılların mənasını anlamaqda problemləri var.

Asperger sindromunun səbəbləri olaraq ekoloji faktorlar,beyin zədələnməsi,çətin doguş göstərilir.Lakin insanların genetik quruluşunun asperger sindromunda böyük rolu olduğu müəyyən edilmişdir. Asperger sindromu uşaqlarda 3-4 yaş arası müşahidə edilir,daha çox oğlanlarda bu sindroma rast gəlinir .Bu uşaqlarda təhsil çox önəmlidir həmçinin onların davranışlarında yaranan problemlər üçün dəstəyə ehtiyacları vardır. Asperger sindromunda təkrar olunan davranışlar edilir,onlar özlərinə qapanırlar. Suallara uyğun cavab verməkdə çətinlik çəkirlər.Bu sindromlu usaqlara psixoterapiya,özəl təhsil,davranışı dəyişdirmək üçün müalicə lazımdır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO