Dünya

Dövlət Departamenti: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə aktiv fəaliyyətini davam etdirə

  • 18 Sep 2017
  • 283 baxış

"ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir və ATƏT-in Minsk qrupunun həmsədri qismində münaqişə tərəfləri ilə aktiv fəaliyyətini davam etdirəcək".

XalqTV.com xəbər verir ki, bunu Trend-ə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib.

Onun sözlərinə görə, ABŞ-ın çoxillik siyasəti onunla ifadə olunur ki, ədalətli həll yolu Helsinki Yekun Aktı, güc tətbiq etməmə və ərazi bütövlüyü prinsiplərini özündə ehtiva edən beynəlxalq hüquqa əsaslanmalıdır: "Amma yekun nəticədə sülhə görə məsuliyyət Ermənistan və Azərbaycan prezidentlərinin üzərinə düşür".

O qeyd edib ki, ABŞ və Azərbaycan arasında təhlükəsizlik, iqtisadiyyat və energetika, demokratiya və idarəetmə kimi aspektlərə əsaslanan güclü tərəfdaşlıq mövcuddur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-7568-dovlet-departamenti--absh-dagliq-qarabag-munaqishesinin-terefleri-ile-aktiv-fealiyyetini-davam-etdir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11