Dünya

Rusiya ABŞ-ın çağırdığı BMT-də islahatlara dair tədbirdə iştirak etməyib

  • 19 Sep 2017
  • 310 baxış

Rusiya ABŞ-ın çağırdığı BMT-də islahatlara dair tədbirdə iştirak etməyib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qennadiy Qatilov bəyan edib.

Onun sözlərinə görə, rəsmi Moskva BMT-də islahatların lehinə olsa da, digər mövqedən çıxış edir: "İslahat hərtərəfli olmalıdır. İslahatla bağlı bütün qərarlar dövlətlərarası dialoq çərçivəsində quruma üzv ölkələr tərəfindən qəbul edilməlidir. Bugünkü tədbir ayrıca bir ölkənin təşəbbüsüdür", deyə Q.Qatilov qeyd edib.
 
Qeyd edək ki, bu gün Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında BMT-də islahat aparılmasına dair dünya liderlərinin görüşü olub. ABŞ-ın BMT-də islahatlar aparılması barədə təklif etdiyi Deklarasiyanı 193 ölkədən 128-i  imzalayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-7586-rusiya-absh-in-cagirdigi-bmt-de-islahatlara-dair-tedbirde-ishtirak-etmeyib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11