Dünya

Rusiya hərbi gəmiləri Bakı sahillərində - VİDEO - FOTO

  • 19 Sep 2017
  • 254 baxış

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Velikiy Ustyuq" kiçik raket gəmisi və "MB-58" dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XalqTV.com-a verilən məlumata görə, qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmi heyətləri Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər sentyabrın 22-dək davam edəcək.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR