idman
"Liverpul" yubileyi münasibətilə xüsusi formaları təqdim etdi
"New Balance" şirkəti "Liverpul"un 125 illik yubileyi münasibətilə xüsusi formalar hazırlayıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, formalar qara rəngdədir və 21 sentyabrdan etibarən satışa çıxarılacaq. "New Balance" hazırda klubun texniki sponsorudur.
Qeyd edək ki, "mersesaydlılar" iyulun 30-da ilk ev formasını da təqdim etmişdi. 1892-ci ildə futbolçular ağ-mavi futbolkada meydana çıxmışdılar. "Qırmızılar"ın hazırki ev forması isə 1970-ci illərin komplektinə uyğun dizayn olunub. Klubun yeni emblemi də 125 il öncəki emblemə uyğun hazırlanıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR