Dünya
Bu il Azərbaycanda 312 min tondan çox ət istehsal olunub
Azərbaycanda cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 312,6 min ton təşkil edilb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,4 faiz artıb.
Süd istehsalı 1,3 faiz artaraq 1348,5 min ton, yumurta istehsalı 7,6 faiz artaraq 1154,4 milyon ədəd, yun istehsalı isə 3,5 faiz azalaraq 15,4 min ton olub.
Bundan başqa, ölkədə 245,2 ton barama istehsal olunub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR