Dünya
Land Rover 110 tonluq qatarı çəkdi - VİDEO - FOTO
Britaniyanın "Land Rover" avtomobil konseri 4x4 tipli offrouderi "Land Rover Discovery"nin yeni modelinin reklamını hazırlayıb.
XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, Avstraliyanın Şimal Əraziləri əyalətindəki Lasseter bölgəsində, səhralıqda çəkilmiş reklamda "Land Rover" unikal tryuku reallaşdırıb.
"Land Rover Discovery" şosedə 110 tonluq "avtomobil qatarı"nı asanlıqla çəkərək aparıb. 7 yük kuzovundan ibarət "avtomobil qatarı"nın uzunluğu 100 metr idi.
Tryukun nəzarətçisi "Land Rover"in mühəndisi Kventin Spottisvud idi. Sükan arxasında isə tanınmış sınaqçı sürücü Con Bilato əyləşmişdi.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR