idman

"İnter"də prezident dəyişə bilər

  • 20 Sep 2017
  • 247 baxış

"İnter"in keçmiş sahibi Massimo Moratti yenidən klub idarəçiliyinə qayıda bilər.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki,  "nerazzurri"nin hazırkı prezidenti Erik Tohir öz səhmlər paketini (31 %) 72 yaşlı funksionerə satıb oktyabrda postunu tərk etməyə hazırdır.

İndoneziyalı iş adamı, praktiki olaraq, "İnter"in işlərində iştirak etmir. Milan klubunun nəzarət paketinin 68.55%-ə Çinin "Suning Group" konsorsiumu nəzarət edir.

Ehtimal olunur ki, çinlilər prezidenti vəzifəsini Morattiyə həvalə edəcək. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR