idman

İordaniya şahzadəsi FİFA-da korrupsiya faktları axtarır

  • 20 Sep 2017
  • 252 baxış

İordaniya şahzadəsi Ayya bin əl-Hüseyn qlobal futbolda korrupsiya faktlarına aid sübut toplamaq üçün britaniyalı detektivlərdən istifadə edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, şahzadənin müraciət etdiyi "Quest" kompaniyasının agentləri FİFA məmurları və dünya futbolunun digər nümayəndələri ilə görüşüb. Britaniyalı detektivlər isə Amerikanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir.

Buna görə yaxın vaxtlarda tanınmış futbol simalarının həbsi istisna edilmir. 2015-ci ildə ABŞ prokurorları tərəfindən aparılan istintaq işi bir çox FİFA məmurlarının həbsi ilə nəticələnmişdi.

Qeyd edək ki, detektivlərin köməyinə müraciət edən Ayya FİFA prezidentliyinə keçmiş namizəd Əli bin əl-Hüseynin bacısıdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR